Alqoritmlər / Rəqəmlərin cəmi

Rəqəmlərin cəmi

Ədədin rəqəmlərini bir-bir ayırıb toplamaq.

Həyatdan nümunə. Kağızda 352 yazılıb. Qayçı ilə sonuncu rəqəmi kəsirsiniz: 2. Kağızda 35 qalır. Yenə kəsirsiniz: 5. Sonra 3. Kəsilənləri toplayırsınız: 2 + 5 + 3 = 10.

Proqramda «qayçı» iki əməldir:

rəqəmlərin cəmi

Addımlar

  1. Cəmi 0 qəbul edin.
  2. Sonuncu rəqəmi tapın və cəmə əlavə edin.
  3. Sonuncu rəqəmi ədəddən silin.
  4. Ədəd 0-dan böyükdürsə, 2-ci addıma qayıdın.

Nümunə

n = 352.

addım n sonuncu rəqəm cəm
başlanğıc 352 — 0
1 352 → 35 2 2
2 35 → 3 5 7
3 3 → 0 3 10

Cavab: 10.

Kod

n = 352

cem = 0
while n > 0:
    cem = cem + n % 10
    n = n // 10

print(cem)

Kod sətir-sətir

sətir nə edir
cem = 0 Hələ heç nə toplanmayıb.
while n > 0 Ədəddə rəqəm qaldıqca təkrarla.
cem = cem + n % 10 Sonuncu rəqəm cəmə əlavə olunur.
n = n // 10 Sonuncu rəqəm silinir.

Qeyd