Alqoritmlər / Xətti axtarış

Xətti axtarış

Siyahıda lazım olan ədədi bir-bir yoxlayaraq tapmaq.

Həyatdan nümunə. Rəfdə kitablar qarışıq düzülüb. Lazım olan kitabı tapmaq üçün soldan başlayıb hər kitaba baxırsınız. Tapanda dayanırsınız.

Proqramda da belədir: elementlərə bir-bir baxılır.

xətti axtarış

Addımlar

  1. Birinci elementdən başlayın.
  2. Element axtarılan ədəddirsə, onun indeksini yazın və dayanın.
  3. Deyilsə, növbəti elementə keçin.
  4. Siyahı bitdi, ədəd tapılmadı — «yoxdur» yazın.

Nümunə

Siyahı: [4, 7, 9, 2]. Axtarılır: 9.

addım indeks element tapıldı?
1 0 4 xeyr
2 1 7 xeyr
3 2 9 bəli → dayanılır

Cavab: 2. Sonuncu elementə baxılmadı.

Kod

a = [4, 7, 9, 2]
axtarilan = 9

cavab = -1
for i in range(len(a)):
    if a[i] == axtarilan:
        cavab = i
        break

print(cavab)

Kod sətir-sətir

sətir nə edir
cavab = -1 Hələ heç nə tapılmayıb. -1 — «yoxdur» deməkdir.
for i in range(len(a)) i növbə ilə 0, 1, 2, 3 olur.
if a[i] == axtarilan Bu element axtarılan ədəddirmi?
cavab = i Bəli — indeks yadda saxlanılır.
break Dövrə dayanır.

Qeyd