Kar olmayan telefon
Ola bilsin ki, siz nə vaxtsa «Kar telefon» oyununu oynamısınız və ya onun haqqında eşitmisiniz. Bu oyunda iştirakçılar məlumatı bir-birinə müxtəlif üsullarla ötürürlər: sözlə, obrazlı şəkildə, bəzən hətta sol əllə mətn yazmalı olurlar ki, komandanın başqa bir iştirakçısı onu oxusun. Həmçinin məlumdur ki, ötürülən məlumat demək olar ki, heç vaxt son ünvana dəyişmədən çatmır.
Fi(x) ilə i-ci iştirakçının ötürdüyü x məlumatının mətnini i+1-ci iştirakçının i-ci iştirakçıdan aldığı məlumata çevirən funksiyanı işarə edək. Onda sonuncu, n-ci iştirakçının aldığı y məlumatı aşağıdakı düsturla ifadə olunacaq:
y = Fn-1(Fn-2(…F2(F1(x))))
Lakin siz ilkin məlumatı təhrif edə biləcək istənilən xarici amilləri aradan qaldırmalı və ilkin verilənləri səhvsiz çatdıran «kar olmayan telefon» proqramını reallaşdırmalısınız. Yəni bizim halda bütün i = 1..n-1 üçün Fi(x) = x olmalıdır.
Giriş məlumatları
Girişə 1-dən 100-ə qədər natural ədəd verilir.
Çıxış məlumatları
Çıxışa girişdə verilmiş həmin ədədi tam olaraq olduğu kimi çap edin.
Nümunələr
5
5