Qulliver Lilliputiyada
Conatan Sviftin kitabından bilirik ki, Qulliver lilliputların yaşadığı «Lilliputiya» ölkəsinə səfər etmişdi. Orada lilliputları kiçik ölçülü əşyalar, heyvanlar və zavodlar əhatə edirdi. Əvvəlcə lilliputlar Qulliverdən qorxurdular, lakin sonra belə qonşuluğun onlara böyük fayda verdiyini başa düşdülər və ona kömək etməyə başladılar. Məsələn, onlar öz kiçik döşəklərini bir-birinə tikərək Qulliver üçün yataq düzəldirdilər.
Lilliputlar Qulliverin ölçülərini bilirdilər. Buna görə də böyük döşək tikmək üçün neçə kiçik döşək lazım olduğunu tez hesablaya bildilər. Ancaq boyları kiçik olduğuna görə yatağı hazırlayarkən bəzən kifayət qədər qalın döşək tikməkdə çətinlik çəkirdilər.
Giriş məlumatları
Girişə boşluqla ayrılmış iki tam ədəd verilir: K — Qulliverin lilliputlardan neçə dəfə böyük olduğunu göstərən əmsal, M — döşək qatlarının sayı (2 ≤ K, M ≤ 100).
Çıxış məlumatları
Çıxışa Qulliver üçün döşək hazırlamaqdan ötrü lazım olan lilliput döşəklərinin sayını çap edin.
Nümunələr
2 2
8
12 4
576